top of page

“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

  • 2 hours ago
  • 1 min read
“Avrora Group” delivers holiday gifts to low-income families on the occasion of Eid al-Adha

Korporativ sosial məsuliyyəti fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab edən “Avrora Qrup”, cəmiyyətdə sosial həmrəyliyi gücləndirmək məqsədilə növbəti xeyriyyə aksiyasını həyata keçirib. Şirkət Qurban bayramı ərəfəsində ehtiyacı olan yüzlərlə ailəyə bayram sovqatı çatdırıb.

“Avrora Qrup”un yaydığı məlumatda qeyd edilib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində baş tutan aksiya zamanı qeydiyyatda olan aztəminatlı ailələrə ərzaq bağlamaları, gündəlik tələbat malları və qurban əti birbaşa ünvanlarında təslim edilib.

“Avrora Qrup” olaraq hesab edirik ki, biznesin uğuru yalnız iqtisadi göstəricilərlə deyil, həm də cəmiyyətə verilən real dəyərlə ölçülür. Şirkətimiz gələcəkdə də KSM prinsiplərinə sadiq qalaraq bu cür sistemli sosial layihələri və xeyriyyə aksiyalarını davam etdirəcək.

Bildirilib ki, “Avrora Qrup” ölkənin qida istehsalı, pərakəndə, tibb, restoran və distributor sektorunun aparıcı şirkətlərindən biridir. Fəaliyyəti boyunca korporativ sosial məsuliyyət prinsiplərini əsas korporativ dəyərlərindən biri kimi qəbul edən şirkət, mütəmadi olaraq cəmiyyətin rifahına yönəlmiş sosial dəstək layihələri və xeyriyyə təşəbbüsləri həyata keçirir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page