top of page

“Avromed Company” MMC uşaqlar üçün sosial dəstək aksiyası keçirdi

  • Jun 8
  • 1 min read
“Avromed Company” LLC held a social support campaign for children

Ölkənin aparıcı əczaçılıq şirkətlərindən olan “Avromed Company” MMC 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti sosial məsuliyyət təşəbbüsünü reallaşdırıb.

Şirkət Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sakinləri üçün xüsusi bayram proqramı təşkil edib.

Təşəbbüsün əsas məqsədi sığınacaqda yaşayan uşaqların sosial rifahına töhfə vermək, onların asudə vaxtının səmərəli və maraqlı təşkili üçün əlavə imkanlar yaratmaq, eyni zamanda bayram sevincini onlarla bölüşmək olub.

Proqram çərçivəsində uşaqlar üçün ilk olaraq “CineMastercard” kinoteatrlar şəbəkəsində xüsusi film nümayişi təşkil edilib. Layihəyə tərəfdaş qismində qoşulan “CineMastercard” bu sosial təşəbbüsün həyata keçirilməsinə dəstək göstərərək uşaqlar üçün unudulmaz kino təcrübəsinin yaşanmasına töhfə verib.

Kinoseansdan sonra uşaqlar üçün bayram naharı təşkil olunub. Tədbirdə “Avromed Company” MMC-nin əməkdaşları da iştirak edərək uşaqlarla səmimi ünsiyyət qurub, onların sevincinə şərik olublar. Günün sonunda uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.

“Avromed Company” MMC insan kapitalına və cəmiyyətin həssas qruplarına dəstəyi korporativ dəyərlərinin ayrılmaz hissəsi hesab edir. Şirkət xüsusilə uşaqların qayğı, diqqət və inkişaf imkanları ilə əhatə olunmasının sağlam və güclü cəmiyyətin formalaşmasında mühüm rol oynadığına inanır. Bu baxımdan həyata keçirilən sosial layihələr yalnız dəstək xarakteri daşımır, eyni zamanda uşaqların cəmiyyətə inteqrasiyasına, onların motivasiyasının və sosial aktivliyinin artırılmasına xidmət edir.

“Avromed Company” gələcək fəaliyyətində də uşaqların rifahına, təhsilinə və sosial inkişafına yönəlmiş layihələrin, eləcə də müxtəlif xeyriyyə və sosial təşəbbüslərin həyata keçirilməsini davam etdirməyi planlaşdırır.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page