top of page

“Araz” supermarketlər şəbəkəsi “Ümid yeri” uşaq sığınacağını ziyarət edib

  • 2 hours ago
  • 1 min read
"Araz" supermarket chain visited the "Umid Yeri" children's shelter

Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Araz” supermarketlər şəbəkəsinin 15 illiyi və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şirkətin əməkdaşları “Ümid yeri” uşaq sığınacağının sakinlərini ziyarət ediblər. “Sizinlə birlikdə” layihəsi çərçivəsində həyata keçirilən görüşdə uşaqlar üçün musiqili-əyləncəli proqram, interaktiv oyunlar təşkil olunub, onlara müxtəlif hədiyyələr təqdim edilib.

Layihə uşaqlara sevinc bəxş etməklə yanaşı, sosial həmrəyliyin və birlik dəyərlərinin təşviq olunması məqsədilə təşkil olunub. Layihənin əsas məqsədi uşaqlara sevinc dolu anlar yaşatmaq, onlarla xoş vaxt keçirmək, sosial həmrəyliyi gücləndirmək və birlikdə unudulmaz xatirələr yaratmaqdır.


“Araz” supermarketlər şəbəkəsi fəaliyyət göstərdiyi müddət ərzində sosial məsuliyyət layihələrinə xüsusi önəm verib və cəmiyyətin müxtəlif həssas qruplarına dəstək göstərməyə davam edir.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page