top of page

AFFA “Sevincini Bölüş” xeyriyyə kampaniyasına dəstək verir

  • Jul 31
  • 1 min read
AFFA supports the "Share Your Joy" charity campaign

AFFA sosial və ekoloji davamlılıq istiqamətindəki fəaliyyətini davam etdirərək IDEA İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində “Sevincini Bölüş” xeyriyyə kampaniyasına start verib.

Əməkdaşlıq çərçivəsində istifadə olunmayan, lakin yararlı vəziyyətdə saxlanılan oyuncaqların toplanması məqsədilə ilk ianə qutusu AFFA-nın inzibati binasında quraşdırılıb. Bu çərçivədə assosiasiyanın əməkdaşları, futbolçular, məşqçilər, hakimlər, habelə inzibati binaya gələn qonaqlar öz oyuncaqlarını həmin qutuya təqdim etməklə kampaniyaya töhfə verə biləcəklər.

Layihənin növbəti mərhələsində xeyriyyə qutusunun Premyer Liqa və Azərbaycan milli komandalarının ev oyunlarında stadionlarda da yerləşdirilməsi nəzərdə tutulur. Bu addımla kampaniyanın əhatə dairəsinin genişləndirilməsi və futbolun gücündən istifadə edərək cəmiyyətdə xeyriyyəçilik mədəniyyətinin daha da inkişaf etdirilməsi hədəflənir.

Kampaniya uşaqlara sevinc bəxş etməklə yanaşı, cəmiyyətdə paylaşma və sosial həmrəylik dəyərlərinin təşviqinə xidmət edir. AFFA bu təşəbbüsə qoşularaq futbol ictimaiyyətini xeyriyyə aksiyasında fəal iştirak etməyə təşviq etməyi, eyni zamanda istifadəyə yararlı oyuncaqların yenidən dəyərləndirilməsi vasitəsilə ətraf mühitin qorunmasına töhfə verməyi hədəfləyir.

Toplanan oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara çatdırılacaq. Eyni zamanda bu təşəbbüs yararlı əşyaların təkrar dəyərləndirilməsi yolu ilə tullantıların azaldılmasına və ətraf mühitin qorunmasına da öz töhfəsini verir.

AFFA bütün futbol ictimaiyyətini və vətəndaşları bu təşəbbüsə qoşularaq sevinclərini bölüşməyə dəvət edir. Xeyriyyə qutusu sentyabrın 30-dək AFFA-nın binasında olacaq.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page