top of page

100 şagirdin məktəb çantasını birlikdə hazırlayaq: “Onu oxut” ianə aksiyası başladı

  • 18 hours ago
  • 2 min read
Let's prepare school bags for 100 students together: "Onu oxut" donation campaign has begun

Qırmızı Ürəklər Fondu aztəminatlı ailələrdən olan ibtidai sinif şagirdlərinə dəstək məqsədilə “Onu Oxut” aksiyasını davam etdirir. 17–31 avqust tarixlərində keçiriləcək yeni aksiya çərçivəsində 100 şagirdin məktəbə zəruri hazırlığına dəstək göstəriləcək.

5 sentyabr Beynəlxalq Xeyriyyəçilik Günü münasibətilə keçirilən aksiya çərçivəsində toplanacaq ianələr hesabına məktəb çantaları və zəruri məktəb ləvazimatları alınacaq.

Hazırlanan çantalar yeni tədris ili başlamazdan əvvəl aztəminatlı ailələrdən olan 100 ibtidai sinif şagirdinə hədiyyə ediləcək. Uşaqların müəyyənləşdirilməsi yerli icra orqanlarının dəstəyi ilə həyata keçiriləcək.

Aksiyaya dəstək olmaq istəyən hər kəs Birbank mobil tətbiqindəki “Xeyriyyəçilik” bölməsinə daxil olaraq və ya posterdə olan QR kodu oxudaraq Qırmızı Ürəklər Fondunun “Onu Oxut” aksiyasına ianə edə bilər. Edilən hər bir ianə bir şagirdin sevincinə, məktəbə hazırlığına və yeni dərs ilinə daha yüksək əhvalla başlamasına töhfə verəcək.

Qeyd edək ki, “Onu Oxut” aksiyası Qırmızı Ürəklər Fondunun təhsilə dəstək istiqamətində həyata keçirdiyi sosial təşəbbüslərdən biridir. Layihə çərçivəsində daha əvvəl də sosial həssas qruplardan olan gənclərin təhsilinə dəstək göstərilib. Yeni aksiya isə ibtidai sinif şagirdlərinə yönəlib. Qırmızı Ürəklər Fondu hər bir uşağın təhsil imkanlarına çıxışının dəstəklənməsini cəmiyyətin gələcəyinə verilən töhfələrdən biri hesab edir və bu istiqamətdə layihələrini davam etdirir.

“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır.

Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir.

Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil ola bilərsiniz.

 

 

P.S. Do you have a cool CSR idea and/or looking for a sponsor? Please fill the form on Opportunities page or discuss it via forum

 
 
 

Comments

Rated 0 out of 5 stars.
No ratings yet

Add a rating

Ən Yaxşı Hekayələr

No posts published in this language yet
Once posts are published, you’ll see them here.

Bülletenimizə abunə olmaqla, Azərbaycanın KSM təşəbbüsləri, sosial layihələri və sponsorluqları ilə bağlı ən son xəbərlərdən və tədbirlərdən xəbərdar olun.

Thank you for subscribing!

  • Facebook
  • Instagram
  • LinkedIn

© 2023 Initiativs Azerbaijan tərəfindən. Bütün hüquqlar qorunur.

bottom of page